18 Sentyabr 2014 09:35
542

Şəmkirdə güllələnmə hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində, "Soyuq bulaq" adlanan ərazidə qeydə alınıb.

Mahmudlu kənd sakini 32 yaşlı Nazim Abbasovla Kür qəsəbə sakini 26 yaşlı Rəşad Məmmədov arasında silahlı insident zamanı R.Məmmədov açılan atəşdən dünyasını dəyişib. N.Abbasov isə aldığı güllə yarası ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hər iki şəxs əvvəllər Rusiya Federasiyanın Rostov vilayətində xırda ticarətlə məşğul olub və ilkin ehtimala görə, həmin vaxt aralarında narazılıq yaşanıb.

Həmyerlilər qərib ölkədə yaranan mübahisəyə vətəndə son qoymaq qərarına gəliblər.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.


Müəllif:
Загрузка...