Şamaxı rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Şamaxı rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Mirikənd kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini Ədalət Muradov sürdüyü “NAZ Lifan” markalı minik maşını sürətlə hərəkət edərkən idarə etməni itirib. Nəticədə avtomobil aşıb.
Qəza zamanı avtomobilin sürücüsü Ədalət Muradov ağır yaralanıb. O, Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Avtomobildə olan sərnişin Ucar rayon sakini Nemət Hüseynov ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov