18 Sentyabr 2014 10:24
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonu ərazisində ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə Kürdəxanı-Pirşağı yolunda qeydə alınıb. Həmin ərazidə iki minik maşını toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Yaralılar Sabunçu şəhər Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: