Azərbaycanda terror hazırlamaqda ittiham olunan Musaxan Musayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Fikrət Qəribovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən edilməyib.
İstintaq orqanı tərəfindən Musaxan Musayevin barəsində Cinayət Məcəlləsinin 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrorçuluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Musaxan Musayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən yaxalanıb.