5 Noyabr 2019 17:44
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda həbsdə olan erməni kəşfiyyatçı Arsen Baqdasaryan barədə ARB TV-nin “Rezonans” verilişində sujet yayımlanacaq.

“Rezonans” verilişinin anonsunda erməni məhbusun şeir deməsi diqqət çəkib.

10 noyabr tarixində saat 23:00-da “Rezonans”ın yeni buraxılışında Arsen Baqdasaryanın müsahibəsi təqdim ediləcək.
Qeyd edək ki, Ermənistanda xüsusi təlim keçən Arsen Eduardoviç Baqdasaryan Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan Ağdərə rayonu ərazisində yerləşdirilən erməni silahlı qüvvələrinin tərkib hissəsində baş çavuş hərbi rütbəsində kəşfiyyat bölüyünün tağım komandiri vəzifəsində fəaliyyət göstərdiyi zaman cinayətkar birliyin digər üzvləri ilə birlikdə 2014-cü il dekabrın 26-da saat 15 radələrində qoşunların təmas xəttini gizli olaraq keçərək
Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində özləri ilə götürdükləri 7 ədəd “fuqas” tipli piyada əleyhinə minalardan 3 ədədini Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında yerləşdirdikdən sonra geri qayıtmaq istəyərkən tutulub.

Cinayət törətməkdə əsaslı şübhələr olduğundan Arsen Baqdasaryan barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Arsen Baqdasaryan 15 il həbsə məhkum edilib. (redaktor.az)


Müəllif: Teleqraf.com