Bakıda təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə sosial şəbəkələrdə avtomobilin içərisində erməni mahnısı səsləndirən şəxsin kimliyi müəyyən olunaraq saxlanılıb.
Bu barədə Teleqraf.com-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, faktla bağlı müvafiq olaraq araşdırmalar aparılır, hadisənin təfərrüatları öyrənilir.