18 Sentyabr 2014 12:32
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda intihar hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Xəzər rayon Prokurorluğundan məlumat verilib.

Məlumata hadisə Pirallahı qəsəbəsində qeydə alınıb. Qəsəbənin yeni yaşayış massivində yaşayan 1985-ci il təvəllüdlü Zahid Mikayılov özünü yaşadığı evdə çilçıraqdan asıb. Onun asılmış meyitini ailə üzvləri aşkarlayıb.

Zahid Mikayılovun intihar etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: