Bu gün Səbail Rayon Məhkəməsində piyada keçidinin uçmasında təqsirli bilinərək həbs edilən Tofiq Balabəyovun cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, prosesdə Tofiq Balabəyovun vəkili Anar Qasımlı vəsatətlə çıxış edib. Vəkil müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı əvəz olunmasını istəyib.
Məhkəmə vəsatəti təmin edib və Tofiq Balabəyovun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı qərar qəbul edib.
Qeyd edək ki, bu ilin iyunun 3-də saat 18.40 radələrində Bakı-Salyan yolu-32 ünvanında Şabran şəhər sakini Tofiq Baba oğlu Balabəyovun idarə etdiyi “MAZ” markalı yük qaldırıcı kran piyada keçidini dağıdıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
Baş verən qəza zamanı əks istiqamətdə hərəkətdə olan yük avtomobilinin sürücüsü Bakı şəhər sakini İlkin Həsən oğlu Hüseynov ağır bədən xəsarətləri alaraq Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Hacı Zeynalov