18 Sentyabr 2014 12:42
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda azyaşlı zəhərlənib.

Bu barədə Teleqraf.com-a Səbail rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, rayon sakini, 5 yaşlı Teymur Nurullayev kimyəvi məhluldan zəhərlənib. O, zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, azyaşlı “Coca-cola” qabında olan kimyəvi məhlulu götürərək içib.

Hacı Zeynalov


Müəllif: