Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, idarə əməkdaşları tərəfindən əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş A.Cavadov paytaxtın Nərimanov rayonu ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.
A.Cavadovun “BMW” markalı avtomobilinə baxış zamanı isə oradan 7 ədəd 50 manatlıq saxta əskinas aşkar edilərək götürülüb.