Gəncədə 30 yaşlı kişinin qətlinin təfərrüatları məlum olub.
Hadisə gecə saatlarında baş verib. Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Mirağa Əliyevin idarə etdiyi avtomobillə əks istiqamətdə hərəkət 1990-cı il təvəllüdlü Dajban Nicat Elçin oğlunun idarə etdiyi minik maşını toqquşub.
Hadisə hər iki sürücünün mübahisəsinə səbəb olub və mübahisə davaya çevrilib. Hadisə yerindən uzaqlaşan hər iki sürücü sonradan şəhər ərazisində görüşüb. D.Nicat üzərində gəzdirdiyi bıçaqla M.Əliyevə ürək nahiyəsindən iki zərbə endirərək qətlə yetirib.
Hadisəni törədən D.Nicat saxlanılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb.
Xatırladaq ki, qətlə yetirilən Mirağa Əliyev Gəncə şəhərində valyuta mübadiləsi ilə məşğul olurmuş./trend/
***
09:49
Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Hadisə gecə saatlarında Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Əliyev Mirağa İlqar oğlu küçədə naməlum şəxs tərəfindən bıçaqla qətlə yetirilib.
Məlumata görə, M.Əliyev Gəncədə valyuta mübadilə məntəqəsi işlədirmiş.
Faktla bağlı cinayət işi başlanıb və hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi araşdırılır./trend/