İki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Salam Həsənovun barəsində olan məhkəmə qərarından verilən kasasiya protestinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Ali Məhkəmənin qərarı ilə Salam Həsənov barəsində çıxarılan bəraət qərarı qüvvədə saxlanılıb.
Prokurorun təqsirləndirilən şəxsin həbs edilməsi ilə bağlı verdiyi protesti təmin olunmayıb.
Qeyd edək ki, Şirvan Apelyasiya Məhkəməsinin qərara əsasən, apelyasiya şikayəti təmin edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm ləğv edilib.
Məhkəmə Salam Həsənovun barəsində bəraət hökmü çıxarıb.
O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hadisə 2017-ci il mart ayının 22-də Ələt-Astara-İran sərhəd yolunun Cəlilabad rayonu Alar kəndi ərazisindən keçən 122-ci kilometrliyində baş verib.
Salam Həsənovun idarə etdiyi avtomobil digər avtomobillə toqquşub və nəticədə 2 nəfər ölüb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Salam Həsənov məhkum olunmuşdu.