15 Noyabr 2019 15:31
2 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda yetkinlik yaşına çatmayan qızla intim əlaqədə olmaqda ittiham olunan Vüqar Abasquliyevin barəsində cinayət işi başlanıb.

Teleqraf.com xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, Vüqar Abasquliyev 15 yaşlı Səidə Babayeva (ad və soyad şərti verilib - red.) ilə intim əlaqədə olub.

Səidə Babayevanın ailə üzvlərinin şikayətindən sonra Vüqar Abasquliyev həbs edilib.

Vüqar Abasquliyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və iş materialı baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Sevinc Quliyevanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 26-na təyin olunub.


Müəllif: Hacı Zeynalov