15 Noyabr 2019 19:28
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Səttərxan küçəsində qeydə alınıb.

Rayon sakini, 2000-ci il təvəllüdlü Elmir Abdullayev bıçaqlanıb. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. E.Abdullayevə döş qəfəsinin sol kürək nahiyəsində və sağ baldırın aşağı nahiyəsində kəsilmiş deşilmiş diaqnozu qoyulub.

Hadisəni törədən şəxsin kimliyi məlum deyil. Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri həyata keçirilir.


Müəllif: Teleqraf.com