16 Noyabr 2019 20:07
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis orqanları tərəfindən mütəmadi tədbirlər keçirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, Baş İctimai Təhlükəsizlik və Yasamal Rayon Polis idarələri əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində dörd mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları faktları aşkarlanıb.

Həmin mağazaların satıcıları – S.Cəfərov, C.Əkbərov, P.Həsənov və H.Əliyevin barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirtli, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər