18 Noyabr 2019 13:46
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi paytaxtda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, noyabrın 16-da saat 7 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Əliyev idarə etdiyi “Mitsubishi Pajero İO” markalı avtomobili yolun kənarındakı maneəyə vurub.

Nəticədə sərnişini - Qazax rayon sakini Tacirə Daşdıyeva hadisə yerində ölüb, sürücü və digər sərnişin xəstəxanaya yerləşdiriliblər.

Bundan başqa, noyabrın 16-da saat 19 radələrində Səbail rayonunun Yeni Salyan yolu küçəsində Bakı şəhər sakini K.Bayramov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən paytaxt sakini Qorxmaz Ələsgərovu vurub.

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Daha bir qəza Sabunçu rayonunda baş verib.

Noyabrın 16-da saat 1 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakinləri X.Məmmədovun idarə etdiyi “QAZel” və S.İslamovun idarə etdiyi “Hovo” markalı yük avtomobilləri toqquşub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş X.Məmmədovun sərnişini olan oğlu Namiq orada ölüb.


Müəllif: Hacı Zeynalov