Abşeron rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Abşeron rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 11-də rayon ərazisindəki evlərin birindən 53 500 manat dəyərində geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar B.Aslanov və Q.Məmmədov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.