19 Noyabr 2019 13:42
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətl törətməkdə təqsirli bilinən Turxan İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi üzrə material Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Samir Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 27-nə təyin olunub.

İttihama görə, bu il sentyabrın 3-də paytaxtın Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi, 8 ünvanında yerləşən kafedə Saatlı rayon sakini, 43 yaşlı Əflan İsgəndərov qarın nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törədən Gürcüstan vətəndaşı Turxan İsmayılov hadisədən bir gün sonra 7-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Təqsirləndirilən şəxs deyib ki, Əflan İsgəndərov onun yanında telefonla danışarkən söyüş söyüb. Bu, Turxan İsmayılovun qəzəbinə səbəb olub.

Onun Əflan İsgəndərovu ədəbli davranmağa vadar etmək cəhdi uğursuz olub və kişilər arasında ölümlə nəticələnən münaqişə yaranıb.

İstintaq orqanı tərəfindən Turxan İsmayılovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər