20 Noyabr 2019 11:46
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuz rayonunda qəsdən adam öldürməkdə təqsirli bilinən Elnur Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Rəşid Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 2-nə təyin olunub.

İttihama görə, Oğuz rayonunun Bucaq kəndində 1974-cü il təvəllüdlü Siyavuş İslamovla Şəki rayon sakini Elnur Məmmədov arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb.

Mübahisə zamanı Elnur Məmmədov Siyavuş İslamovu döş qəfəsindən bıçaqlayıb.

Siyavuş İslamov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Cinayəti törətməkdə şübhəli bilinən Elnur Məmmədov saxlanılıb.

İstintaq orqanı tərəfindən Elnur Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov