Ədliyyə Nazirliyinin penitensiar xidmətin cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşya keçirmək cəhdinin qarşısı alınıb.
Bu barədə Teleqraf.com-a penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Anar Oktay oğlu Alaverdiyevin yanına qısamüddətli görüşə gəlmiş anası Səmayə Musa qızı Əhmədovanın üzərinə və əşyalarına baxış keçirilib.
Baxış zamanı onun əl çantasından 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və “Nar” danışıq kartı aşkar edilərək götürülüb. Anar Alaverdiyev Cinayət Məcəlləsinin 289.2 və 66.5 maddələrinə əsasən azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.
Hacı Zeynalov