Bakıda yetkinlik yaşına çatmayanları fahişəliyə və əxlaqsız əməllərə cəlb etməkdə təqsirli bilinən Rita Babarəhimovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Cinayət işinin qapalı iclasda araşdırılması barədə qərar qəbul edilib.
Növbəti proses noyabrın 26-da davam edəcək.
İttihama görə, Rita Babarəhimova yetkinlik yaşına çatmayan qızları kişi müştərilərlə görüşmələrinə şərait yaradıb. Bunun müqabilində gəlir əldə edib.
İstintaq orqanı tərəfindən Rita Babarəhimovanın barəsində Cinayət Məcəlləsinin 171.1-ci (Yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə yetkinlik yaşına çatmayan 5 qız zərərçəkmiş şəxs qismində tanınıb.