Abşeron rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Abşeron rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masazır qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mahir Səmədov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 3 qrama yaxın heroin və metamfetamin aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən isə əlavə olaraq 53 qrama yaxın heroin, 52 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satan şəxs də müəyyən edilmişdir. Görülmüş tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini Hacıağa Əliyev də saxlanılmış, ondan 50 qramdan artıq heroin götürülüb.