23 Noyabr 2019 17:50
298

Bakının Nərimanov rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, 16-cı polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən A. Babayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən isə əlavə olaraq 69 qrama yaxın heroin və 38 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov