İsmayıllı rayonunda 26 nəfərə qarşı dələduzluq etməkdə təqsirli bilinən Firəngiz Əhmədova və İradə Cəfərlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, iş baxılması üçün İsmayıllı rayon Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Rəfayel Şirinovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 25-nə təyin edilib.
İttihama görə, hər iki qadın rayon ərazisində 26 nəfərə qarşı dələduzluq edib və onların külli miqdarda pullarının, əmlaklarını ələ keçiriblər.
İstintaq orqanı tərəfindən hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) maddəsi ilə ittiham elan edilib.