19 Sentyabr 2014 11:53
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə metronun “Qara Qarayev” stansiyasının yaxınlığında qeydə alınıb. Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Ceyhun Məmmədov qeyri rəsmi nikahda olduğu qadın tərəfindən bıçaqlanıb.

Ceyhun Məmmədov ağır bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: