27 Noyabr 2019 12:18
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Eldar Orduxanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan rosesdə prokuror çıxış edib.

Prokuror təqsirləndirilən şəxsin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Qeyd edək ki, hadisə aprelində paytaxtın Nizami rayonunda qeydə alınıb.

Gecə saat 01:20 radələrində 1993-cü il təvəllüdlü Eldar Orduxanov rayonun M.Əliyev küçəsinda yerləşən kafenin qarşısında aralarında yaranmış mübahisə zamanı 1988-ci il təvəllüdlü Nicat Alıxanovu qarın nayihəsindən bıçaqlayıb.

Yaralıya vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Eldar Orduxanovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov