29 Noyabr 2019 13:15
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi ötən gecə Binəqədi rayonunda baş verən qətllə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, noyabrın 28-də saat 23 radələrində Binəqədi rayonunun S.S.Axundov küçəsində naməlum şəxs münaqişə zəminində Qəbələ rayon sakini Pərvanə İsmayılovaya bıçaqla xəsarət yetirib və yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Ucar rayon sakini S.Əzizov saxlanılıb.

Qeyd edək ki,1996-cı il təvəllüdlü Məmmədov Sərxan Xanlar oğlu Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 15/1 ünvanında yerləşən “Bilyard” cay evinin qarşısında qeyri-rəsmi münasibətdə olduğu 1989-cu il təvəllüdlü İsmayılova Pərvanə Fərman qızına qısqançlıq zəminində 5 bıçaq zərbəsi vurub, sonuncu aldığı zərbələr nəticəsində ölüb.

Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər