30 Noyabr 2019 10:22
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul sakinindən silah götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan şəhərindəki Regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib. Belə ki, Hacıqabul rayonu Tava kənd sakini Əliyusif Şirinov qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb. Ona məxsus fermadan 1ədəd “BUM” markalı müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər