2 Dekabr 17:40
415

Goranboy rayonunda gəlinin qətlə yetirməkdə təqsirli bilinən Qasım İsgəndərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Xəqani Səmədovun icraatına verilib.

Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, Goranboy rayonunun Hazırəhmədli kəndində kənd sakini Qasım İsgəndərov gəlini Samirə Məmmədovanı öldürüb.

Məlum olub ki, hadisə qısqanclıq zəminində törədilib.

Belə ki, Goranboy rayon Hazırəhmədli kənd sakini, 76 yaşlı Qasım İsgəndərov 39 yaşlı gəlini Samirə Məmmədovanı qısqanclıq zəminində bıçaqlayaraq qətlə yetirib.

İstintaq orqanı tərəfindən Qasım İsgəndərovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov