19 Sentyabr 2014 18:44
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səbael rayon Yol Polisi Şöbəsinin rəisi Zaur Cəfərov onun döyülməsi ilə bağlı mətbuatda gedən məlumatlara münasibət bildirib. Polis rəisi Publika.az-a bildirib ki, bir sıra sayıtlarda barəsində yayılan məlumat tamamilə əsassızdır: “İlk öncə, Mühafizə Polisində (MP) işləyən polis əməkdaşının avtomobili DYP tərəfindən saxlanılmayıb. Digər tərəfdən, guya o, yanıma gələrək, maşınını cərimə meydançasından çıxarılmasını tələb etməsi və sonda mənə bir neçə yumruq zərbəsi endirməsi ifadəsində də heç bir uyğunluq yoxdur. Məlumat tam yalandır. Polislə bizim nə işimiz var?”

Z.Cəfərov vurğulayıb ki, indiyədək haqqımda heç vaxt mətbuatda yazı dərc olunmayıb və barəsində yayılan məlumat onu çox təccübləndirib.


Xatırladaq ki, mətbuatda gedən məlumata görə, bu gün Bakı şəhəri Səbael rayonunda polislərin iştirakı ilə insident yaşanıb.


Müəllif: