4 Dekabr 2019 11:38
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsi rəisi olmuş Ruslan Dilanov barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı dekabrın 11-nə təyin edilib.

İstintaq orqanı tərəfindən Ruslan Dilanovun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkən şəxs qismində “Lifttəmir” İstehsalat Birliyi tanınıb.


Müəllif: Hacı Zeynalov