4 Dekabr 2019 12:43
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda oğurluqla məşğul olan mütəşəkkil dəstənin üzvlərinin tutulması barədə əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini Z.Qasımov noyabrın 29-da Nəsimi rayonunun Moskva prospektindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi və Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini N.İsmayılov, Abşeron rayon sakinləri T.Əmiraslanov, S.Nəzərov və A.Alxanov saxlanılıblar.

Avtomobil T.Əmiraslanovun Hökməli qəsəbəsindəki evinin həyətində aşkar edilib.


Müəllif: Hacı Zeynalov