4 Dekabr 2019 16:37
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüşvət almaqda ittiham olunan Penitensiar Xidmətin mühafizə alayının bölük komandiri Kazım Həsənovun məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Kazım Həsənovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 5 il şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Kazım Həsənov həftə sonu şəhərə çıxmaq üçün buraxılış vərəqəsi verməkdən ötrü hər əsgərdən 30-40 manat məbləğində rüşvət almaqda ittiham olunur.

İstintaq orqanı tərəfindən Kazım Həsənovun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.


Müəllif: Hacı Zeynalov