5 Dekabr 2019 14:30
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Xətai rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları faktı aşkar edilmişdir.

Həmin mağazaların satıcıları – R.Allahyarov və A.Səmədova barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunmuşdur.

Bu istiqamətdə reydlər davam etdirilir.


Müəllif: Hacı Zeynalov