6 Dekabr 2019 14:59
1 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1984-cü il Xəyal Məmmədovun məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Xəyal Məmmədov velosipeddə iti ilə Mingəçevir şəhəri 20 Yanvar küçəsinin qurtacağında fərdi həyət evlərinə gedən yolda gəzərkən Əfqan Rəsulov qarşısına çıxıb.

Bu zaman Xəyal Məmmədovun iti yaxınlıqdakı sahibsiz küçə itləri ilə tutaşıb, onlar isə itlərin cinsi barədə söhbətləşiblər.

Bir qədər keçmiş itlərin səs-küyə səbəb olduğunu deyən Əfqan Rəsulov Xəyal Məmmədovdan itini də götürüb oradan getməsini istəyib.

Əfqan Rəsulovun bu təklifini Xəyal Məmmədov öz ünvanına alçaldıcı və təhqiramiz hərəkət kimi qəbul edib. O, bundan bərk əsəbiləşib, Əfqana iradını bildirib.

Əfqan Xəyal Məmmədova türmədən təzə çıxdığını xatırladıb, mərdimazarlıq etməməyi məsləhət görüb, yoxsa onun bağırsaqlarını çölə tökəcəyini söyləyib.

Xəyal Məmmədov Əfqanın cibində bıçaq çıxardaraq onu vurmaq istədiyini düşünüb, həmin yerdə onu gözləməsini bildirərək evə gedib. Əfqan Xəyalın arxasınca nalayiq sözlər işlədib.

Xəyal Məmmədov evdən bıçaq götürüb geri döndükdə orada heç kimin olmadığını görüb.

Ertəsi gün səhər Xəyal Məmmədov qardaşı ilə bazara gedərkən özü ilə bıçaq götürüb. Əfqan onu təhdid etdiyinə görə qarşılaşarkən onu vurmaq barədə düşünüb.

Bazarda təsadüfən Əfqanın özünə məxsus olan “BMV” markalı avtomobildən düşərək gəldiyini görən Xəyal Məmmədov bıçağı çıxarıb onun qarın nahiyəsindən vurub. Daha sonra hadisə yerindən qaçıb. Qaçarkən bıçağı yolda atıb.

Sonradan Əfqa Rəsulovun bıçaq xəsarəti ilə Mingəçevir şəhər mərkəzi xəstəxanasına çatdırıldığı və hadisə ilə bağlı Mingəçevir şəhər polis şöbəsində araşdırma aparıldığını eşidib. Bu səbəbdən o, polisə gələrək təslim olub.

İxtisaslı tibbi yardım göstərildiyi üçün Əfqa Rəsulovun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Xəyal Məmmədovn barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəyal Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Xəyal Məmmədov apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab edilməsini istəyib.

Xəyal Məmmədovun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İmanverdi Şükürovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Xəyal Məmmədovun apelyasiya şikayəti təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov