7 Dekabr 2019 10:54
1 483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda yeniyetmə qıza təcavüz edən şəxs barəsində cinayət işi başlanıb.

Teleqraf.com-un xəbərinə görə, Abşeron rayon sakini Rəşad Rəhimovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, Rəşad Rəhimov rayon ərazisində 15 yaşlı Fidan Babayevaya (ad və soyad şərti verilib – red.) qarşı seksual xarakterli hərəkətlər edib.

Rəşad Rəhimovun barəsində olan cinayət işi baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Sevinc Quliyevanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 13-nə təyin edilib.


Müəllif: Hacı Zeynalov