7 Dekabr 2019 14:35
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə şəhər ərazisindəki 2 saylı orta məktəbin həyətində qeydə alınıb.

2002-ci il təvəllüdlü Xalid Seyidov məktəbin həyətində bir neçə nəfərlə mübahisə edib. Onların mübahisəsi sonda davaya çevrilib. Dava zamanı Xalid Seyidov bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

İlkin məlumata görə, hadisə qız üstündə yaranan mübahisə zəminində baş verib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov