7 Dekabr 2019 17:54
444

Bakıda həyat yoldaşına ağır xəsarət yetirməkdə təqsirli bilinən Xəyyam Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Mirzə Xankişiyevin icraatına verilib. Bu cinayət işi üzrə yaxın günlərdə məhkəmə prosesi başlanacaq.

İttihama görə, Binəqədi rayonu Biləcəri qəsəbəsində Xəyyam Hüseynov həyat yoldaşı, 22 yaşlı Sevil Əmiraslanovanı bıçaqlayıb.

Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşları tərəfindən saxlanılan Xəyyam Hüseynov saxlanılıb.

İstintaq orqanı tərəfindən Xəyyam Hüseynovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov