9 Dekabr 2019 10:22
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bacı və qardaşı bıçaqlayan şəxsin kimliyi müəyyənləşib.

Hadisə dekabrın 7-də paytaxtın Binəqədi rayon, Eldar Babayev küçəsi, ev 30-da baş verib.

Belə ki, saat 13 radələrində Qıxlarov Elmar Mərdan oğlu 1998-ci il təvəllüdlü Qıxlarova Ayşən Əbil qızına və onun qardaşı, 1994-cü il təvəllüdlü Mənsimli İlkin Əbil oğluna iki dəfə bıçaq zərbəsi endirərək xəsarət yetirib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq aparılır./report/

***

09:05

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, 2001-ci il təvəllüdlü Qafarova Ayşən Əbil qızı və qardaşı, 1994-cü il təvəllüdlü Mənsimov İlkin Əbil oğlu yaşadıqları evdə naməlum şəraitdə bıçaqlanıblar.

Yaralılar təcili yardimin köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı hər iki yaralıda döş qəfəslərinin bir ədəd kəsilmiş-deşilmiş yaraları aşkarlanıb. Yaralılar cərrahi əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com