9 Dekabr 2019 12:37
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Ağdaş rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 6-da rayon ərazisindəki evlərin birindən qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini H.Süleymanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov