10 Dekabr 2019 00:15

Rusiyada yaşayan azərbaycanlı repçilər onlara atəş açılması ilə bağlı polisə müraciət ediblər.

27 yaşlı Aleksandr Əliyev və 24 yaşlı Nəvai Bəkirov (HammAli & Navai) Moskvadan Lipetskə konsert verməyə gəliblər.

“Meqapolis” mədəniyyət-əyləncə mərkəzinin qarşısında keçirilən konsertin gedişində polisə binada mina olması barədə məlumat daxil olub.

Bununla bağlı hadisə yerinə xüsusi-mühafizə, hüquq-mühafizə xidmətinin əməkdaşları və tibb işçiləri cəlb olunub.

Üst geyimlərini belə geyinə bilməyən 500-ə yaxın tamaşaçı küçəyə çıxarılıb.

Axtarış zamanı binada partlayıcı əşya tapılmayıb.

Repçilər onlara məxsus “Mercedes-Benz” markalı avtomobillə əyləncə mərkəzini tərk elədikdən sonra naməlum şəxslər onları təqib edərək güllə yağışına tutublar.

İnsident nəticəsində xəsarət alan olmayıb.


Müəllif: Teleqraf.com