10 Dekabr 2019 15:50
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqataladada arvadını qətlə yetirməkdə təqsirləndirilən Aqşin Qədirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Rəşid Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 19-na təyin edilib.

İttihama görə, Zaqatala rayonun Muxax kəndi ərazisində 1982-ci il təvəllüdlü Büllurə Qədirova həyat yoldaşı Aqşin Qədirov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Həyat yoldaşını qətlə yetirdikdən sonra hadisə yerindən qaçan ər tutulub.

Rayon hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Aqşin Qədirov rayon ərazisində tutularaq istintaqa təhvil verilib. Məlum olub ki, qətl qısqanclıq zəminində törədilib.

Suvagil kənd sakini olan Büllurə Qədirova Zaqatala-Qax avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində olan kafelərdən birində işləyib.

Aqşin Qədirov da qısqanclıq zəminində orada arvadı ilə mübahisə edib. Mübahisə sonda qanlı cinayətlə nəticələnib.

Aqşin Qədirov və mərhum Büllurə Qədirovanın evliliyindən üç övladları olub.

İstintaq orqanı tərəfindən Aqşin Qədirovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov