10 Dekabr 2019 16:37
2 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ rayonunda arvadını qətlə yetirməkdə təqsirləndirilən Cəsarət İbrahimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Nahid Mirzəyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 18-nə təyin edilib.

İttihama görə, Qəbələ rayonunun Mirzəbəyli kəndində 33 yaşlı Cəsarət İbrahimov qısqanclıq zəminində həyat yoldaşı, 33 yaşlı Ülviyyə İbrahimovanın bıçaqla boğazını kəsib.

Nəticədə çoxlu qan itirən qadın hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Cəsarət İbrahimovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.


Müəllif: Hacı Zeynalov