10 Dekabr 2019 17:00
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda 26 yaşlı gənci ürəyindən bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Əhməd Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 13-nə təyin edilib.

İttihama görə, hadisə bu ilin avqust ayında baş verib.

Xaçmaz rayonu, İzmailovka qəsəbəsində “Cinli Əhməd” kimi tanınan Əhməd Yaqubov üç uşaq atası Etibar Cavadovu bıçaqlayıb.

O, ürək nahiyəsindən aldığı bir bıçaq zərbəsindən hadisə yerindəcə keçinib.

İstintaq orqanı tərəfindən Əhməd Yaqubovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adamöldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov