Münaqişə zəminində həyat yoldaşına bıçaqla xəsarət yetirmiş qadın saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 18-də paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Leyla Heydərova münaqişə zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Ceyhun Məmmədova bıçaqla xəsarət yetirib.
Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L.Heydərova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.