11 Dekabr 2019 10:18
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan Əfqan Aslanov və Bilal İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb .

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Təqsirləndirilən şəxslərin hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, təqsirləndirilən şəxslər 2013-cü ildə Suriyada qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulublar və təlimlərdə iştirak ediblər.

Hər iki şəxs 2019-cu ildə həbs edilib.

Təqsirləndirilən şəxslər Suriyaya getdiklərini etiraf edib, ancaq döyüş və təlimlərdə iştirak etmədikləri bildiriblər.

İstintaq orqanı tərəfindən onların barəsində Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddəsi ilə ittiham olunublar.


Müəllif: Hacı Zeynalov