13 Dekabr 2019 11:57
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə oğurluq hadisəsinin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, bu ilin aprel ayında Şəki şəhər rayon polis şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini bir qadın ona məxsus evdən 1900 manat pulun oğurlanması barədə məlumat verib.

Məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə həmin hadisənin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılıb, əvvəllər məhkum olunmuş və hal hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş şəhər sakini Rəhman Xəlilov tərəfindən törədildiyi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov