13 Dekabr 2019 12:42
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi ötən gecə Bakıının mərkəzində baş verən hadisə ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, dekabrın 12-də saat 19 radələrində paytaxtın Səbail rayonu Ü.Hacıbəyov küçəsindəki marketlərin birində iki nəfər oğurluğa cəhd göstərib.

Bunun qarşısı marketin işçiləri tərəfindən alınarkən onlar bıçaqla hədə-qorxu gələrək hadisə yerini tərk ediblər.

Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşlarının operativliyi və çevikliyi sayəsində hər iki şəxs saxlanılaraq 39-cu Polis Bölməsinə gətirilib.

Araşdırmalarla onların Yevlax rayon sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlığa görə məhkum olunmuş Yasin Abdullayev və Mahmud Məmmədov olmaları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hər iki şəxs yarıçılpaq olub və insanlara xəsarət yetirməyə cəhd göstəriblər.


Müəllif: Hacı Zeynalov