14 Dekabr 2019 10:47
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az paytaxtın Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 49A ünvanındakı “Uğur-2” yaşayış kompleksindəki mənzildə baş verən qətllə bağlı yeni məlumatlar əldə edib.

Belə ki, kirayə mənzildə yaşayan ana və gənc qızı öldürən şəxsin kimliyi artıq məlumdur. Məlumata görə, adı və soyadı açıqlanmayan qatil Fatma Həmzəyevanın oğlu imiş.

Həmin şəxsin ölkədən qaçdığı və Rusiyaya getdiyi barədə xəbərlər dolaşır. Ölən gənc qız Bakıxanovdakı marketlərin birində satıcı işləyirmiş.

Onların uzun müddətdir ki, bu kompleksdə kirayədə yaşadıqları bildirilir.

Qətlin səbəbi bilinmir.

***

Bakının Sabunçu rayonunda dəhşətli cinayət baş verib.

Hadisə şahidlərinin Baku.ws-ə verdikləri məlumata görə, cinayət dünən saat 22 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

Bildirilir ki, gənc oğlan həmin ünvanda kirayədə qalan anası və bacısını xüsusi amansızlıqla qətlə yetirib.

Ölənlər 1994-cü il təvəllüdlü Elgün Əbülfəz qızı Niftizadə və onun anası 1968-ci il təvəllüdlü Fatma Vafa qızı Həmzəyevadır.

Gənc qızın boğazının kəsildiyi və anasının isə bədəninə çoxsaylı bıçaq zərbələri vurulduğu deyilir.

Gənc oğlan amansız cinayəti qısqanclıq səbəbindən edib. Deyilir ki, o, ana və bacısını keçirdikləri həyat tərzinə görə öldürüb.

***

10:22

Bakının Sabunçu rayonunda ana və qızı qətlə yetirilib.

Baş Prokurorluqdan Teleqraf.com-a verilən məlumata görə, hadisə dekabrın 13-də qeydə alınıb.

Bakıxanov qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadənin yaşadıqları mənzildə üzərlərində çoxsaylı kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətləri olan meyitləri aşkar edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Müəllif: Teleqraf.com