16 Dekabr 2019 11:51
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi son iki gün ərzində baş verən cinayət faktları və hadisələr haqqında statistik məlumat açıqlayıb.

Teleqraf.com xəbər verir ki, dekabrın 14-dən 16-dək örədilən 36 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.


Müəllif: Hacı Zeynalov